Dünya

Papa Leo və İtaliyanın Baş naziri Yaxın Şərqdə sülhün vacibliyini bildiriblər


Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Vatikanda İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, görüşdə Müqəddəs Taxt-Tac ilə İtaliya arasında yaxşı səviyyədə olan mövcud münasibətlər vurğulanıb. Eyni zamanda, ikitərəfli əlaqələrin perspektivləri, kilsə və İtaliya cəmiyyətini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Ukrayna və Yaxın Şərqdə sülhün əldə olunmasının vacibliyini qeyd ediblər. Həmçinin, Qəzzaya humanitar yardımların çatdırılması səylərinə sadiqlik vurğulanıb.