Tramp Afrika liderləri ilə sammit keçirəcək
ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıdışından sonra ilk dəfə 9-11 iyul tarixlərində Vaşinqtonda Afrika ölkələri liderlərinin iştirakı ilə sammit keçiriləcək. SİA xəbər verir ki, bu barədə “Semafor” məlumat yayıb. Amerika paytaxtına Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderləri gələcək. Sammitdə Qərbi Afrika ölkələri ilə mineral ehtiyatlar sahəsində əməkdaşlıq, həmçinin regional təhlükəsizlik məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Bundan əlavə, payızda Nyu-Yorkda daha geniş ABŞ-Afrika sammitinin keçirilməsi planlaşdırılır.