BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirinin Azərbaycana səfəri başa çatıb
Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabirin Azərbaycana səfəri iyulun 4-də başa çatıb. SİA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında qonağı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov yola salıb.