Gürcüstan ABŞ-a qarşılıqlı faydalı “yol xəritəsi” hazırlamağı təklif edir
Gürcüstan hakimiyyəti ABŞ-a Ağ Evin əvvəlki administrasiyası dövründə pisləşən münasibətləri düzəltmək üçün qarşılıqlı faydalı “yol xəritəsi” hazırlamağı təklif edib.
SİA-nın məlumatına görə, bu barədə “Vzqlyad” qəzeti yazır. …Biz öz tərəfimizdən bir addım atdıq, açıq şəkildə bəyan etdik ki, ABŞ ilə strateji tərəfdaşlığı təmiz şiferlə bərpa etməyə hazırıq. Üstəlik, oturub bu strateji tərəfdaşlıq üçün qarşılıqlı faydaları əks etdirən konkret “yol xəritəsi”ni tərtib etməyə hazırıq.
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
O əlavə edib ki, Gürcüstan səbirlə Vaşinqtondan qarşılıqlı addımlar gözləyir.
May ayında hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze bəyan etmişdi ki, ABŞ Gürcüstanın ağası deyil, onun dostu və tərəfdaşı olmalıdır.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp qeyd etmişdi ki, Ağ Ev Gürcüstan hökuməti ilə dinc və səmərəli münasibətlərin möhkəmləndirilməsinə sadiqdir.
Əli Babayev