II Yekaterinadan miras qalan indiki Rusiya necə olmalıdır ki?
Tarixən dövlətlərin və ya imperiyaların başında duranların zəifliyindən, idarəetmə bacarıqsızlığından istifadə edən cinayətkar hərbi-siyasi qruplaşmalar cəmiyyətdə istədikləri zorakılıqları, həbs və qətlləri törədirlər, bəzi hallarda hakimiyyətləri də ələ alırlar. Bu barədə uzun-uzadı misallar çəkmək, sübutlar təqdim etmək fikrində deyiləm, zatən bununla bağlı hər kəs məlumatlıdır. Yəni baş verən istənilən hadisə tarixin səhifəsindədir. Bizim eradan əvvəl V əsrdə yaşamış qədim yunan tarixçisi Herodot özünün “Tarix” əsərində yazırdı ki, tarix xalqın kollektiv yaddaşıdır: “Tarixi yaddaşın itirilməsi ictimai şüuru pozur, həyatı mənasız və bərbad edir. Xalqın yaddaşının məhv edilməsi onun özünün məhv edilərək qula çevrilməsi deməkdir”.
Yunan tarixçisi Herodotun əsaslı fikirlərinə istinad etsək, həqiqətən də tarixi yaddaşın itirilməsi ictimai şüuru pozur, həyatı mənasız və bərbad edir. Təbii ki, tarixin acı reallıqlarını tarixin səhifəsindən silmək mümkün deyil. Bu baxımdan, Rusiyanın başında olmuş çarların, eləcə də müasir dövrün rəhbər məxluqlarının insanlığa və bəşəriyyətə qarşı törətdikləri cinayətləri, kütləvi insan qətllərini tarxin qan yaddaşından silmək mümkün olmayacaq.
Çarlar gecələr evlərə basqınlar təşkil edib ailələri məhv ediblər
Diqqətçəkən məqam ondan ibarətdir ki, Rusiya çarları yalnız işğal etdikləri torpaqlarda insan qətliamları həyata keçirməklə kifayətlənməyiblər, qana susadıqlarından öz millətindən olan insanları da məhv ediblər. III İvan, I Pyotr, I Aleksandr, İvan Qroznı, II Yekaterina və digər çarlar xüsusi qəddarlıqları ilə seçilib və tanınıblar. İvan Qroznı qətliamlarını əsasən gecələr həyata keçirib. Tarixçilər və tədqiqatçılar da təsdiq edirlər ki, İvan Qroznı xüsusi adam öldürən dəstələr yaradıb və hakimiyyətinə qarşı xırda etiraz səsini qaldıranların gecələr evlərinə basqınlar təşkil edib, öldürürdü. Hətta İvan Qroznının gözünü o dərəcə qan tutur ki, oğluna belə rəhm etmir. Yenə də eyni üsulla gecə oğlunun başını əzməklə öldürüb. Tarixi əlyazmalara görə, 1581-cü il noyabrın 16-da İvan Qroznı gələcək çar hesab olunan oğlu İvana qəzəblənir. Oğlunu söyüb təhqir edir, sonda isə özünün dəmir əsasını var gücü ilə onun gicgahına vurur. Zərbə o dərəcə güclü olur ki, oğlu yerindəcə ölür. İvan Qroznı oğlunun ölümündən narahat olmur və etinasız şəkildə onun cansız bədəninə bir təpik də vurur və yanındakı cəlladlara deyir: “Bunu torbaya qoyub, aparın dəfn edin”, – deyə əmr edir. Oğlunu öldürməkdən çəkinməyən vəhşiləşmiş İvan Qroznı yerli əhaliyə divan tutur. Ümumilikdə İvan Qroznı hakimiyyətdə olduğu 1547-ci ildən 1584-cü illərdə 134 min rusun o dünyaya göndərilməsinə yardımçı olur. Nəhayət, növbə özünə çatır. 1584-cü il martın 18-də Moskvadakı evində arvadı tərəfindən zəhərlənərək öldürülür. Ehtimallara görə, qadın oğlunun vəhşicəsinə həyat yoldaşı tərəfindən öldürülməsi ilə barışa bilməyib. Bu baxımdan daim onu öldürmək üçün fürsət axtarıb və nəhayət, planlaşdırdığı niyyətini reallaşdırmaqla İvan Qroznının 50 illik hakimiyyətinə son qoyur.
Rusiyanın ən üzüqara çarının II Yekaterina olduğunu desək səhv etmərik. Düzdür, III İvan, I Pyotr, I Aleksandr, İvan Qroznı, II Vasili və digərləri də adam öldürməkdə, şəhər və kəndləri yer üzündən silməkdə xüsusi qəddarlıqları ilə seçiliblər. Lakin onların arasında Rusiyanın üzünü qara edən, başını müxtəlif zibilliklərə soxan II Yekaterina olub. Çünki II Yekaterina adam öldürməkdə seçilməklə yanaşı, həm də fahişəliyi, pozğun həyat tərzi yaşaması ilə də dünyada tanınıb. Faktlara istinadən qeyd olunur ki, 1762 -1796-cı illəri əhatə edən 34 illik hakimiyyəti dövründə II Yekaterinanın anormal cinsi aktivliyi Almaniyadan (əsl adı və soyadı Sofiya Frederika Avqust ) Rusiyaya çar sarayına köçdüyü ilk günlərdən özünü büruzə verib. Yazılı məlumata görə, 1744-cü il dekabrın 17-də Sofiya Frederika Avqust pravoslavlığı qəbul eləyib Yekaterina Alekseyevnaya çevrildikdən sonra böyük knyaz Pyotr Fyodoroviçə arvad olduğu günün səhərisi məşuqə axtarışına çıxır. Nəhayət, çarlığın zirzəmisində sarayın mühafizəçisi Andrey Çernışovla eşq yaşayır. Uzun müddət bu sevgi macərası davam edir. Şayiələrin yalnız sarada deyil, bütün Peterburqa yayıldığını görən Yelizaveta Petrovna Çernışovu Fransaya sürgün edir.
Rusların üzünü qara edən II Yekaterina
Sonralar II Yekaterina pozğun həyat yolu seçməsinə haqq qazandırmağa çalışır. Bildirir ki, Pyotr öz ər borcunu yerinə yetirmirdi. Pyotr həm cinsi, həm də əqli zəiflikdən əziyyət çəkirdi. Ailədaxili rüsvayçılıqlara göz yuman çariça Yelizaveta Petrovnanı isə yalnız cütlüyün övladının dünyaya gəlməsi düşündürürdü. II Yekaterina isə sərbəst və özünə xoş olan həyatını yaşayırdı. 1745-ci ildə ailə həyatı quran Yekaterina və Pyotr yalnız 9 il sonra – 1754-cü ildə övladları olur. Bu hadisəni xüsusu qeyd edən Yelizaveta Petrovna sarayda təntənəli məclislər qurdu, mükafatlar təqdim etdi, əhaliyə ərzaq bağlamaları payladı. Yelizaveta Petrovnanı maraqlandırmırdı uşaq kimdəndir. Əsas odur ki, oğlunun adına Almaniyadan gətirilən və nikah bağlanılan Yekaterinadan uşaq olmuşdur. Hansı ki, II Yekaterina eşq macəraları yaşadığı hərbçiləri, knyazları tez-tez dəyişirdi. Onun Kiril Razumovski, Stanislav Ponyatovski, Zaxar Çernışev (sürgün edilən Andreyin qardaşı), Lev Narışkin və Saltıkov qardaşları ilə sevgi münasibətlərində olub. Ona görə də, dünyayay gələn və adını Pavel qyduqları uşağın əsl atasının kimliyi müəmmalı görünür. Müvafiq sənədlərə görə, Sergey Saltıkovun gələcək çar Pavelin atası olmasına dair məlumatlar mövcuddur. Bu cür şaiələrin qarşsını almaq üçün Sergey Saltıkov paytaxtdan sürgün edilməsinə nail olur. Dövlət işləri ilə məşğul olan knyaz Potyomkin II Yekaterinanın əsas sevgilisi olur. Onun yoxluğunda isə çar diplomat Bezborodko, katib Pyotr Zavadovski, qvardiya zabitləri Korsakov, Xvostov və Aleksandr Lanski ilə vaxtını keçirirdi. knyaz Potyomkini ciddi narahat edirdi. Onun əmri ilə Aleksandr Lanski zəhərlənərək öldürülür. Yenə də sənədlərə görə, 60 yaşlarında olarkən belə II Yekaterina sevgi ehtiraslarını söndürmək üçün gənclərdən, xüsusilə də hərbçilərdən istifadə edib. Hətta insan olmayan məxluqlardan belə II Yekaterinanın yaralandığı bildirilir. II Yekaterinanın sonuncu məşuqunun 23 yaşlı Platon Zubov olduğu qeyd olunur. Knyaz Potyomkin onu öldürməyi planlaşdırsa da, özü 1791-ci ildə 52 yaşında qızdırmadan vəfat edir. Platon Zubov II Yekaterinanın son günlərinə qədər favorit qalır. Nəhayət, həm də içki düşkünü olan II Yekaterina hamamda içib və həyatla vidalaşır.
Bugünkü Rusiyada kriminal-terrorçu dəstələr hakimiyyəti ələ ala bilər
Yenə də faktlara istinadən qeyd etmək olar ki, Ruiyada hakimiyyətdə olan çarlar, sonradan özlərini, prezident və ya baş nazir adlandıranlar II Yekaterinadan heç də fərqlənməyən həyat tərzi yaşayıblar. İdarəetmələri də elə II Yekaterinanın idarətməsi kimi nolub. Məsələn, Sovet İttifaqının dağılıb, yerində Rusiya adlı quruluş yaradıldıqdan sonra hakimiyyət başına keçən Yeltsin sərxoş həyat keçirib. Deyilənlərə və yazılanlara görə, onun heç zaman ayıq vaxtı olmayıb, daim sərxoş olub. Bu baxımdan da Rusiyada xaos və anarxiya fəlakətli vəziyyətə çevrilmişdir. Yeltsinin hakimiyyəti dövründə ölkədə baş verən iqtisadi, sosial, iqtisadi ağır vəziyyət, Çeçenistan və digər subyektlərdə yaranan qarşıdurmalar buna misal ola bilər. 1999-cu ildə Yeltsin hakimiyyəti Vladimir Putinə təhvil verərkən ehtimal olunurdu ki, II Yekaterinadan qalma idarəetmə dəyişəcək. V.Putin öldürmək, asmaq, küləvi həbslərlə ölkədə qismən də olsa aşağıların yuxarılara tabe olmasına nail olsa da, ədalətli cəmiyyət qura bilmədi. Xüsusilə də, qonşu dövlətlərə və xalqlarına qarşı irticaçı siyasəti bölgədə dərin siyasi, ictimai böhran yaratdı.
Bu gün tam əminliklə Rusiyanın yaxın dostunun, müttəfiqinin olduğunu demək çətindir. Hakimiyyət nəinki uzaq ölkələrlə, hətta bir zaman sovetlər çətiri altında birgə olduqları dövlətlərlə düşmən, qəsbkar mövqe sərgiləyir. Vladimir Putinin eyni dili, mədəniyyəti bölüşdüyü rusların ilk dövləti hesab olunan Kiyevə qarşı 4 ildir davam edən müharibəsi bunun əyani sübutudur. Rusiya-Ukrayna müharibəsində yüz minlərlə insane öldürülüb, yüzlərlə şəhərlər, kənd və qəsəbələr dağıdılıb, milyonlarla insan ölkəni tərk edib, V.Putin amansız müharibəni dayandırmır. Başqa formada qonşu dövlətlərə qarşıda həyata keçirir. Bəzi hallarda Rusiyada yaşayan qeyr-ruslar hədəfə alınır, onlar təqib olunur, həbs edilir, öldürülürlər. İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı güc tətbiqi və xüsusi amansızlıqla törədilən əməllər və qətllər bunun əyani sübutu sayıla bilər. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin heç bir qayda və qanunlara baxmayaraq gecə vaxtı quldularsayağı azərbaycanlıların evinə basqın edib, ailə üzvlərini döyüb, təhqir etməsi, iki qardaşı öldürməsi və çoxsaylı azərbaycanlını həbs etməsi diskriminasiya, eləcə də milli ayrı-seçkiliyin bariz nümunəsidir.
Törədilən vəhşilik bağışlanmazdır
2025-ci ilin may ayında Rusiyanın Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Moskva aeroportunda saxlaması və ölkəyə girişinə qadağa qoyması Vladimir Putin komandasında qonşu dövlətlərlə əlaqələrdə gərginliyin yaşanmasını istəyən qüvvələrin olduğunu göstərir. Təəccüb doğuran məsələyə Rusiya tərəfinin əsaslı izahat verə bilməməsi də Putin komandasında vahid birliyin, həm də siyasətin olmadığını göstərir. Belə demək mümkünsə, Rusiya hakimiyyətində pulu və siyasi çəkisi ağır olanlar meydan sulayırlar. Onlar Rusiya-Ukrayna müharibəsinə görə, Vladimir Putinin düşünmək qabiliyyətini və prezident olaraq ölkəni idarəetməsini itirməsindən sui-istifadə edərək, istədikləri oyunu oynayırlar. Ümumiyyətlə, Rusiyada yaşanan hadisələrə nəzər yetirdikdə məlum olur ki, Rusiyada MDB ölkələrinin vətəndaşlarına münasibətdə diskriminasiya və rasizmə əsaslanan qərarlar qəbul edilir. Bu Rusiyanın Mərkəzi Asiya ölkələrinə münasibətində özünü daha qabarıq nümayiş etdirilir. Özbəkistandan olan və Rusiyada çalışan miqrantlara qarşı təzyiqlər və təqiblər, Qırğızıstan vətəndaşları ilə bağlı insidentlər, Rusiya rəsmilərinin Qazaxıstanla bağlı məntiqə sığmayan açıqlamaları bu sıradandır. Yenə də Rusiyanın MDB ölkələri arasında Ermənistana qarşı fərqli dostluq yanaşması göstərir. Baxmayaraq ki, Ermənistan Rusiya ilə əlaqələri kəsməyə və Avropa ölkələri ilə münasibət qurmağa çalışır. Hətta Ermənistan Avropa İttifaqı ilə çərçivə sazişi imzalayıb. Buna baxımyaraq Rusiyada Ermənistan yeganə ölkədir ki, onun vətəndaşlarına, ermənilərə xüsusi diqqət və qayğı göstərilir, onların törətdiyi ən ağır əməllər ört basdır edilir. Ancaq azərbaycanlılara qarşı təzyiq və təqiblər adi hala çevrilib. Milli Məclisin deputatı Azər Badamova və Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı güc tətbiqi və xüsusi amansızlıqla törədilən qətliamlar vəhşiliyin nümunəsidir. Təbii ki, bu kimi vəhşiliklər bağışlanmazdır. Haqlı olaraq da Azərbaycanın hüquq-mühafizə orqanları adekvat addımlar atır və cinayət törədən ruslar həbs olunurlar. Lakin bir fəqr var ki, biz bir millət olaraq öldürmək, döymək, insan ləyaqətin alçaltmaqla qisas almırıq, biz tarixən qanımızda, canımızda olan mərdlik, üzə-üz, gözə-göz qətiyyəti ilə qisas alırıq. Belə olub və belə də davam edəcək, Rusiyanın qaragüruh gerizəkalı ünsürləri bunu nə qədər tez anlasalar, bir o qdər onlar üçün yaxşı olacağını düşünmək olar.
İLHAM ƏLİYEV