Dünya

Aİ İsrailə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır


Avropa İttifaqı gələn həftə Qəzza zolağında davam edən hərbi əməliyyatlarla əlaqədar İsrailə qarşı mümkün sanksiya tədbirlərini elan edəcək. SİA xəbər verir ki, bu barədə TASS İnformasiya Agentliyi məlumat yayıb.

İddialara görə, nəzərdən keçirilən ssenarilər arasında Aİ-İsrail Assosiasiya Sazişinin tam və ya qismən dayandırılması, habelə israilli rəsmilərə və digər şəxslərə qarşı fərdi sanksiyaların tətbiqi yer alır. Həmçinin ticarət məhdudiyyətləri, silah embarqosu və elmi-texniki əməkdaşlığın dayandırılması ehtimalı da müzakirə olunur.

Sanksiya qərarlarının iyulun 15-də Aİ xarici işlər nazirləri tərəfindən müzakirə ediləcəyi gözlənilir.