Məlikov Azərbaycanla münasibətləri pozmamağa çağırıb…
…Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov bildirib ki, o, dünyada baş verənləri ağrı ilə izləyir və Rusiya ilə Azərbaycan arasında yaranmış çətinliklərdən təəssüflənir.
SİA-nın məlumatına görə, bu barədə Məlikov Telegram kanalında yazıb.
Məlikov hər şeyin sülh yolu ilə həll olunacağına əminliyini ifadə edərək, belə halların həmişə qardaş xalqları bir-birinə qarşı qoymaq üçün istifadə olunduğunu qeyd edib.
Dağıstanın rəhbəri xatırladıb ki, respublikada Azərbaycandan olanlar çoxdur.
…Mən hər kəsə müraciət edirəm: dağıstanlılara və azərbaycanlı qardaşlarımıza – aramızda paz qoyulmasına imkan verməyin. Emosiyalara təslim olmayın, təxribatlara qapılmayın, gündəlik millətçiliyə boyun əyməyin..
Bunu deyən respublika başçısı həmçinin yalnız təsdiqlənmiş və rəsmi məlumatlara inanmağa çağırıb.
Əli Babayev