Dünya

Yaponiyada yenə zəlzələ oldu


Yaponiyanın cənub-qərbində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Yaponiya Milli Hidrometeorologiya İdarəsi məlumat yayıb. Məlumata görə, zəlzələnin ocağı Tosima adası yaxınlığında yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.

Xatırladaq ki, iki gün öncə də Tokara adaları yaxınlığında 5.3 bal gücündə zəlzələ baş vermişdi.