Dünya

“Akropol” istilər səbəbi ilə ziyarətçilər üçün bağlanıb


Yunanıstanın paytaxtı Afinadakı “Akropol” məbədi həddindən artıq isti hava səbəbindən ziyarətçilərə bağlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstanın Mədəniyyət Nazirliyi isti dalğası ilə əlaqədar ziyarətçiləri qorumaq üçün “Akropol” məbədinin qismən bağlanması barədə göstəriş verib.

Nazirlik açıqlamasında bildirib ki, ərazi yerli vaxtla saat 13:00-17:00 arasında yüksək temperatur səbəbindən işçilərin və ziyarətçilərin təhlükəsizliyi üçün bağlanacaq.