İqtisadiyyat

AZSTAND-ın Texniki Komitəsinə yeni sədr təyin olunub


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutunun “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” sahəsi üzrə standartlaşdırma ilə məşğul olan Texniki Komitəsinə (AZSTAND/TK 52) sədr təyin olunub. SİA xəbər verir ki, bu vəzifə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanova həvalə edilib.

O, həmçinin Avropa Elmi Redaktorlar Assosiasiyasının Azərbaycan bölməsinin sədri, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi Şurasının üzvü, AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının məsul katibidir.