Dünya

İsrailin İrana hücumu: ölənlərin sayı 1060-a çatdı


İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə İranın Şəhidlər və Qazilər Fondunun sədri Səid Ohadi dövlət televiziyasına açıqlamasında deyib. “Axşam saatlarına kimi İsrail rejiminin İrana hücumu nəticəsində həlak olan 1060 nəfəri dəfn etdik”, – deyə bildirilib.