Naxçıvanda işsizlikdən və icbari tibbi sığorta haqları üzrə daxilolmalar artıb
Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında işsizlikdən və icbari tibbi sığorta haqları üzrə daxilolmalar müvafiq olaraq 2,2 milyon manat və 15 milyon manat təşkil edib. Bu barədə SİA İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7 % və 11,1 % çoxdur.