Dünya

Patriarx Kirill pravoslavları gündəlik dualar etməyə çağırıb…



O, rusları…az qala müsəlmanlardan nümunə götürməyə çağırır…



Moskva və bütün Rusiyanın Patriarxı Kirill pravoslav xristianları gündəlik dualar etməyə çağıraraq, həqiqi imanın daim Allaha müraciətdə təzahür etdiyini vurğulayıb. Moskva Patriarxlığının mətbuat xidmətinin iyulun 6-da verdiyi məlumata görə, o, bu göstərişi Xilaskar Məsihin Moskvadakı Katedralində ibadətdən sonra verib.

…Lakin Rəbb bizim imanımızın etirafını tələb edir. Və bu etiraf duada ifadə olunur.

SİA-nın məlumatına görə, patriarx bunu kilsəyəgələnlərə müraciət edərək deyib.

O, gündəlik səhər və axşam dualarının edilməsinin vacibliyini xatırladıb, ruhani təcrübəyə qeyri-ciddi münasibətə qarşı xəbərdarlıq edib: “…bunu “Ah, nə qədər yorulmuşam, dua etməliyəm, ah, sabah dua edəcəm” düşüncəsi ilə silmək lazım deyil”.

Onun sözləri duanın da mərkəzi yer tutduğu digər İbrahim dinlərinin ənənələri ilə səsləşir. Xüsusən də İslamda ciddi şəkildə müəyyən edilmiş vaxtda ritual paklıq şəraitində qılınan beş vaxt namazın göstərişi gündəlik ibadət üçün əsas rolunu oynayır və mömin üçün Yaradanla daimi əlaqədir.

Əli Babayev