Dünya

Xorvatiyada gəmi batıb


Xorvatiyanın Split şəhərində fırtına və leysan yağışı səbəbi ilə gəmi bərəyə çırpılaraq batıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Xorvatiyanın Split Liman İdarəsi ölkəyə təsir edən fırtına və şiddətli yağış səbəbi ilə bir bərənin katamarana və limanda gözləyən qayığa çırpıldığını açıqlayıb.

Səlahiyyətlilər hadisə nəticəsində qayığın batdığını, ölən və yaralananların olmadığını bildirib.