ABŞ erməni biznesmeni “qara siyahı”ya saldı
ABŞ kibercinayətkarlıqla mübarizə adı altında Rusiya və KXDR vətəndaşlarına və bu iki ölkədə yerləşən dörd firmaya qarşı sanksiyalar tətbiq edib. SİA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Bildirilib ki, Rusiya vətəndaşı Qayk Asatryan və KXDR vətəndaşı Sonq Kum Hyoka “qara siyahı”ya salınıb. Bundan əlavə, Rusiyanın “Asatryan” və “Fortuna” firmalarına, həmçinin KXDR-də yerləşən “Korea Saenal Trading Corporation” və “Korea Songkwang Trading General Corporation”a qarşı sanksiyalar tətbiq edilib.