Dünya

Fırıldaqçılar təqaüdçünü aldadaraq Kanadadan Rusiyaya çağırıblar, və…


Fırıldaqçılar Kanadada yaşayan təqaüdçünü 250 min dollar vermək üçün Rusiyaya qayıtmağa razı sala biliblər.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Qurban 71 yaşlı Olqa F.-dır.

O, son 15 ildir Kanadanın Riçmond Hill şəhərində yaşayır. Fırıldaqçılar onunla ilk dəfə 2024-cü ilin noyabrında əlaqə saxlayıblar. Zəng edən edən şəxs özünü Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib.

O bildirib ki, təqaüdçünün adına bank hesabları açılıb və bu hesablar vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdiyi iddia edilir.

Bir ay sonra Olqa Moskvaya gəlib və orada bankdan 250 min dollar çıxarıb və pulu Lyubertsıda naməlum şəxsə təhvil verib.

Lakin fırıldaqçılar bununla da dayanmayıblar – bir ay sonra yenidən təqaüdçü ilə əlaqə saxlayıblar.

Qadın Rusiyaya qayıdıb və başına gələnləri oğluna danışıb. Məqalədə deyilir ki, onlar birlikdə polisə ərizə yazıblar. Həmin gün məlum olub ki, Moskvada təqaüdçü öz mənzilini sataraq telefon fırıldaqçılarına 20 milyon rubldan çox pul köçürüb. Hücum edənlər onu dövlət xidmətləri hesabının sındırıldığına inandırıblar.

Nazlı Almuradova