Kanada və meksikalıların 50 faizdən çoxu ABŞ-ı əsas təhlükə adlandırıb
…Və həmçinin digər ölkələrin vətəndaşları da əsas təhlükə kimi ABŞ-ı seçiblər.
Sorğu martın 24-dən 30-dək onlayn rejimdə aparılıb.
SİA-xəbər verir ki, Pew Araşdırma Mərkəzinin sorğusuna əsasən, Kanada və Meksika əhalisinin yarıdan çoxu ABŞ-ı ölkələri üçün əsas təhlükə adlandırıb.
Araşdırmaya görə, 2019-cu ildən bəri ABŞ-ı əsas təhlükə hesab edən kanadalıların payı təxminən üç dəfə artaraq 20-dən 59 faizə çatıb.
Bu rəqəm Meksika vətəndaşları arasında da artaraq 56-dən 68 faizə yüksəlib.
Bundan əlavə, İndoneziyalıların 40 faizi, Cənubi Afrikalıların 35 faizi, Braziliyalıların 29 faizi və Argentinalıların 24 faizi öz ölkələri üçün əsas təhlükə olaraq ABŞ-ı seçiblər.
Qeyd etdiyimiz kimi, sorğu martın 24-dən 30-dək onlayn rejimdə 3600 nəfər arasında keçirilib.
Statistik səhv 1,9 faiz təşkil edib.
Bundan əvvəl Kanada ABŞ-dan yan keçməklə daha bir neft kəməri çəkməyi planlaşdırırdı.
Əli Babayev