Dünya

Rostov vilayətində bərk məişət tullantıları poliqonu yanıb…


Yanğın Rostov vilayətinin Şaxtı şəhərində 250 kvadratmetr ərazini əhatə edən bərk məişət tullantıları poliqonunda baş verib.

SİA-xəbər verir ki, bu barədə regionun mənzil-kommunal təsərrüfatı naziri Antonina Pşeniçnaya məlumat verib.

…Şaxtı şəhərində bərk məişət tullantıları poliqonunda yanğın baş verib. Torpaq doldurulur, 250 kvadratmetr ərazidə mərhələli şəkildə açıq yanğınlar və yanan ləkələr söndürülür. Yanğının yayılması qeydə alınmayıb, – o, Telegram kanalında yazıb.

Fövqəladə Hallar Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hazırda bölgədə 26 yanğın var. Vahid Növbətçi Dispetçer Xidməti daha əvvəl bildirmişdi ki, iyulun 9-da, eləcə də iyulun 10-dan 13-dək gündüz saatlarında Rostov vilayətində 42 dərəcəyədək isti dalğası gözlənilir.

Nazlı Almuradova