Turizm

Əcnəbi səyyahlar Şuşada Prezidentin Xüsusi Nümayəndəliyinin işi ilə tanış olublar


MTP (“Most Traveled People”) Beynəlxalq Səyyahlar Klubunun üzvləri Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərində Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin yerləşdiyi inzibati binada olublar. SİA-nın məlumatına görə, səfər zamanı nümayəndə heyətinin üzvlərinə şəhərin bərpası mərhələləri haqqında ətraflı məlumat verilib.

Səyyahlar həmçinin Azərbaycanın görkəmli şəxsiyyətlərinin – şairə Xurşidbanu Natəvanın, bəstəkar Üzeyir Hacıbəylinin və müğənni Bülbülün büstləri ilə tanış olublar.