ABŞ-ın 500 faiz tarifləri Rusiya üçün vəziyyəti dəyişməyəcək…
ABŞ-ın Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinin tətbiqi Rusiyanın siyasi kursuna ciddi təsir etməyəcək.
SİA-nın məlumatına görə, bu sözləri iyulun 10-da mətbuat nümayəndələri ilə söhbətində Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov deyib.
…Vaşinqtonda elə sanksiya səyləri var ki, onlara güzəşt etmək olmaz, lakin ümumilikdə yeni sanksiyalarla hədələmək artıq bizim üçün adi hala çevrilib. Biz sanksiyalara necə müqavimət göstərəcəyimizi bilirik.
Deməli, bunu rusiyalı səlahiyyətli bildirib.
Bundan əlavə, diplomat Rusiya-Amerika münasibətlərinin digər aspektlərinə də toxunub.
O qeyd edib ki, Moskva ölkələr arasında birbaşa hava əlaqəsini bərpa etmək təklifi ilə Vaşinqtona müraciət edib, lakin bu məsələ ilə bağlı Amerika tərəfdən faktiki olaraq heç bir reaksiya olmayıb.
Rusiyanın ABŞ ərazisindəki diplomatik əmlakının qaytarılması məsələsi ilə bağlı konstruktiv müzakirələrdə də irəliləyiş yoxdur.
Ryabkov Rusiyanın ABŞ-la təmaslar çərçivəsində bu məsələni fəal şəkildə təşviq etməyə hazır olduğunu vurğulayıb.
Rusiyadakı Amerika diplomatik korpusuna gəlincə, nazir müavini bildirib ki, Vaşinqton hələlik yeni səfiri üçün aqrement sorğusu göndərməyib və vəziyyət qeyri-müəyyən olaraq qalır.
Tramp administrasiyası hərəkətlərində və bəyanatlarında çox ziddiyyətli olub. Bu işi asanlaşdırmır. Buna baxmayaraq, biz israrla və ardıcıl olaraq münasibətlərimizin normallaşması istiqamətində hərəkət edirik, deyə Ryabkov yekunlaşdırıb.
Əli Babayev