“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
“Azercell Telekom” MMC-nin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsindətəşkil olunan “Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin finalı keçirilib.
Üç mərhələdən ibarət seçim turunda ölkə üzrə ümumilikdə 4000-ə yaxın 6 və 7-ci sinif şagirdləri iştirak edib. Nəticədə 162 nəfər finala vəsiqə qazanaraqAzərbaycan Texniki Universitetində keçirilən son etapda özbilik və bacarıqlarını nümayiş etdirib. Finalçılar üç saat ərzində beş alqoritmik məsələni C++ və Python proqramlaşdırma dillərində həll edərək tapşırıqları avtomatik qiymətləndirmə sistemi vasitəsiləsınaqdan keçiriblər.
YekundaBakı, Quba, Gəncə, Balakən, Şəki, Sumqayıt və Göyçaydan olan 28 məktəbli qalib elan olunub. Müsabiqənin qalibləri cari ilin oktyabr ayından etibarən informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq proqramına qoşulacaq.
2017-ci ildən başlayaraqinformatika üzrə beynəlxalq olimpiadalara hazırlıq təşəbbüsünə dəstək verən Azercell, artıq dördüncü ildir ki, “Azercell CUP” yarışmasını təşkil edir. Bu müsabiqə gənc nəslin informatika, proqramlaşdırma və kompüter elmlərinə marağını təşviq etməklə yanaşı,onların bu istiqamətlərdəbacarıqlarının inkişafına töhfə verir.