Aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilir
Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında əməkdaşlıq çərçivəsində ənənəvi olaraq aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilir. Milli Məclisinin deputatlarının və Vəkillər Kollegiyasının üzvlərinin iştirakı ilə bir sıra hüquqi yardım aksiyaları təşkil edilmiş, həmin aksiyalarda minlərlə vətəndaşödənişsiz hüquqi yardımnan faydalanmışlar.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 28.12.2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Həmin Sərəncamdan irəli gələrək Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraqpulsuz hüquqi yardım aksiyaları keçirilir.
Aksiyalar çərçivəsində göstərilən hüquqi yardımları insanlarımız üçün daha əlçatan etmək üçün Azərbaycan Respublikası Milli Məclisinin sədri SahibəQafarovanın təşəbüsü ilə Bakı şəhərində və regionlarımızda mütəmadi olaraq qəbullar keçirilir.
Bu istiqamətdə novbəti qəbul 92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyevin iştirakı ilə 10 iyul 2025-ci il tarixində Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və əlaqələndirməsi ilə Göyçay Gənclər Mərkəzində baş tutdu.
Həmin qəbulda M.Əfəndiyevlə yanaşı, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin Baş məsləhətçisi Həsən Şirinov, Göyçay Rayon İcra Hakimiyyəti Aparatının Hüquq şöbəsinin müdiri Samir Xəlilov, Göyçay rayon Vəkil bürosunun müdiri Mətanət Həsənova, vəkillər Nəzmi Qasımov, Rahim Bayramov iştiraketdilər.
Qəbulda ilk növbədə Azərbaycan dövlətinin Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızı rəhbər tutaraq hər bir vətəndaşın hüquq və azadlığının müdafiəsini təmin etdiyi, bu tip aksiyaların insanlarımızın maariflənməsi və onları narahat edən məsələlərin həllində mühüm əhəmiyyətə malik olduğu vurğulandı.
Daha sonra Göyçay rayon Vəkillər bürosunun vəkilləri tərəfindən vətəndaşlar fərdi qaydada dinlənərək problemlərinə hüquqi cəhətdən aydınlıq gətirildi.
Qeyd edək ki, aksiya çərçivəsində ümumilikdə 30-a yaxın sakin ödənişsiz hüquqi yardımnan faydalandı.