Bilgəhdə zibilliyə çevrilmiş çimərlik təmizlənib
Bilgəhdə zibilliyə çevrilmiş ictimai çimərliklərdən biri tullantılardan təmizlənib. Bu barədə SİA-ya Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən bildirilib.
Məlumata əsasən, ərazi tam təmizlənilərək təhvil verilib:
“Bakı Şəhər və Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin departamentinin işçiləri ərazidə təmizləmə işləri aparıblar. Ərazi tam təmizlənib və təhvil verilib. Vətəndaşlardan təmizliyə riayət etmələrini xahiş edirik”.
Qeyd edək ki, sosial şəbəkələrdə Bilgəhdə yerləşən “Daçnik” adı ilə tanınan ictimai çimərliklərdən birinin zibilliyə çevrilməsinin görüntüləri yayılıb.