Dünya

Finlandiya XİN Ukraynadakı muzdlularını “könüllülər” adlandırıb…


…Fevral ayından Finlandiya Xarici İşlər Nazirliyinin rəsmi saytında Ukrayna tərəfində silahlı münaqişəyə necə qoşulmaq barədə məlumat dərc olunub.

“Könüllülər üçün məlumat” sərlövhəli nəşrdə bildirilir ki, Finlandiya hakimiyyəti Ukraynada münaqişədə Kiyev rejiminin tərəfində döyüşən muzdluları “könüllülər” adlandırır.

Təlimatlarda bildirilir ki, Finlandiya yaralı muzdlulara müalicə və təxliyədə yardım göstərməyəcək.

Üstəlik, Ukrayna Silahlı Qüvvələri ilə müqaviləyə vaxtından əvvəl xitam vermək praktiki olaraq mümkün deyil.

SİA-xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Yeri gəlmişkən, rus saytlarının yazdığına görə, Sumı vilayətində Ukrayna Silahlı Qüvvələrinin batalyon komandiri qərargahı ilə birlikdə fərarilik edib.

Əli Babayev