Dünya

Fransada doğum səviyyəsi aşağı düşüb


Fransada 2010-cu illə müqayisədə doğuşların sayı 20 faiz azalıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Milli Demoqrafik Tədqiqatlar İnstitutunun apardığı son araşdırmaya görə, fransız qadınlar və kişilər əvvəlkindən daha az uşaq istəyirlər. Bu tendensiya xüsusilə 40 yaşadək qadınlar arasında özünü göstərir. Bu ölkədə 2014-cü ildə hər qadına düşən uşaq sayı 2 olub. İndi isə bu göstərici aşağıdır.

Tədqiqatlar göstərir ki, doğum səviyyəsinin aşağı düşməsi yalnız uşaq istəməməklə bağlı deyil. İqtisadi qeyri-sabitlik, iş etibarsızlığı, iş həyatının çətinliyi, iqlim dəyişikliyi və gələcəyə dair narahatlıqlar bu sırada yer alır.