Gəncə şəhərində qazın verilişi bərpa olunub
Gəncə şəhərində ikigünlük fasilədən sonra təbii qazın verilişi tam bərpa edilib. SİA-nın məlumatına görə, şəhərin bəzi ərazilərinin “mavi yanacaq”la təchizatı ötən gün axşamdan mümkün olub.
Xatırladaq ki, Gəncə şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaztənzimləyici və bağlayıcı qurğular quraşdırılmaqla yüksək təzyiqli kollektorun yenidən qurulması ilə bağlı iyulun 8-i və 9-da “Gəncə-1″, “Gəncə-2” ölçü qovşağından və “Bağmanlar” əhali orta təzyiqli qaz xəttindən qaz təchizatı dayandırılıb.