Nataşa düz demirmiş, Bricit elə əvvəldən qadın doğulubmuş…
Paris məhkəməsi Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşının kişi əsilli olduğunu iddia edən Nataşa Reyə bəraət verib, bu barədə jurnalistin vəkili Fransua Danqlean bildirib.
SİA-nın məlumatına görə, bununla bağlı yazı “İzvestiya”da yer alıb.
Xatırladaq ki, jurnalist bundan əvvəl böhtan işinə görə cərimələnib.
Vəkil qeyd edib ki, apellyasiya şikayəti üzrə bəraət hökmündən sonra Rey məhkəmə prosesində dələduzluqda ittiham olunaraq Bricit Makrona qarşı xüsusi ittiham qaydasında ittiham irəli sürmək niyyətindədir.
Xatırladaq ki, 2025-ci ilin fevralında Nataşa Reylə bağlı hekayəni Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova şərh etmişdi.
Diplomat vurğulayıb ki, Fransa apellyasiya məhkəməsinin Nataşanın təqsirli olması ilə bağlı qərarı fransız jurnalistlərin narahat suallar verməyə çalışdıqlarına görə hakimiyyət tərəfindən necə təzyiqlərlə üzləşdiyini nümayiş etdirir.
Əli Babayev