İqtisadiyyat

Naxçıvanda sənaye məhsullarının istehsalı artıb


Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 255 milyon 127 min 400 manatlıq sənaye məhsulu istehsal edilib.

SİA-nın məlumatına görə, Muxtar Respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövründəki göstəricidən 9,1 faiz çoxdur.

Sənaye məhsulunun 213 milyon 448 min 200 manatı və ya 83,7 faizi malların, 41 milyon 679 min 200 manatı və ya 16,3 faizi isə xidmətlərin payına düşüb. Həmçinin bu məhsulun 0,2 faizi mədənçıxarma, 79,2 faizi emal, 18,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.