Pakistanın nümayəndə heyəti Azərbaycanda səfərdədir
Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun dəvəti ilə Pakistan İslam Respublikasının hüquq və ədliyyə naziri Azam Nazir Tararın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Bu barədə SİA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tərəflər hüquqi sahədə əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər. “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Proqramı”nın imzalanması planlaşdırılır.
Səfər çərçivəsində nümayəndə heyətinin ədliyyə naziri Fərid Əhmədovla və Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovla görüşləri nəzərdə tutulur.