Rusiyadan Kiyevə raket və dron hücumu olub
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə 18 raket və 400-ə yaxın pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ rəsmiləri Ukraynaya silah tədarükünə başladığını açıqlayıb.
Rusiyanın Ukraynaya hücumları davam edir. İki gün əvvəl müharibə başlayandan bəri ən ağır hücumunu həyata keçirən Rusiya bu gecə paytaxt Kiyevə növbəti hücumunu həyata keçirib. Kiyev meri Vitali Kliçko hücumda 2 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını bildirərək deyib: “Şəhərdəki evlərə, avtomobillərə, anbarlara, ofislərə və bir çox binaya ziyan dəyib, yanğınlar başlayıb. Bir tibb məntəqəsi tamamilə dağılıb”.