Dünya

Tramp Ukrayna siyasətindəki dəyişikliklə Avropanı şoka salıb..?


“Politico” xəbər verir ki, avropalı siyasətçilər ABŞ prezidentinin Ukrayna ilə bağlı strategiyasının gözlənilməzliyindən narahatlıqlarını ifadə edirlər, onların fikrincə, bu strategiya özbaşına dəyişə bilər.

ABŞ-ın Avropadakı müttəfiqləri Donald Trampın son siyasət dəyişikliklərinə ehtiyatla baxıb və müxtəlif ssenarilərə, o cümlədən Kiyevə silah tədarükünün dayandırılmasına və ya ABŞ qoşunlarının bölgədən çıxarılmasına hazırlaşır.

SİA-xəbər verir ki, nəşrin yazdığına görə, avropalı siyasətçilər Vaşinqtonun siyasi kursunda baş verən son dəyişikliklərdən şoka düşüblər və Pentaqonun siyasətini kimin müəyyənləşdirdiyini anlamırlar.

Onlar Trampın Ukrayna strategiyasının impulsiv dəyişikliklərə məruz qaldığına inanaraq müxtəlif ssenarilərə hazırlaşırlar.

Artıq heç nəyə təəccüblənmirsən.

…Biz hər şeyə hazır olmalıyıq.

Bunu NATO ölkələrindən birindən olan anonim diplomat bildirib.

Vaşinqtondan gələn informasiya boşluğu narazılıq yaradır. Avropa rəsmiləri Trampın Ukraynaya dəstək bəyanatları ilə Pentaqonun mövqeyi arasında ziddiyyətlər olduğunu qeyd edərək, Ukrayna məsələsində ABŞ administrasiyası daxilində koordinasiyanın olmamasına işarə ediblər.

Avropadakı narahatlıqlar həmçinin ABŞ-ın hərbi strategiyasına mümkün yenidən baxılması ilə bağlıdır ki, bu da qoşunların bir hissəsinin Avropadan çıxarılmasına və bununla da Avropa ölkələrinin müdafiə qabiliyyətinin zəifləməsinə səbəb ola bilər.

Müdafiə nazirinin müavini Elbridje Colbi və komandası ilə təmaslar haqqında məlumatın olmaması mühüm Amerika kontingentinə ev sahibliyi edən Almaniya, İtaliya, Polşa və Böyük Britaniyanı gələcəkləri ilə bağlı qaranlıqda qoyur. Nəşrin mənbələrindən biri vurğulayır ki, hazırkı administrasiyanın siyasəti ən yuxarıdan başlayaraq gözlənilməzlik, xaos və təşkilatlanmanın olmaması ilə xarakterizə olunur.

ABŞ hətta dəstək olsa da, Ukrayna üçün kritik aylardan danışdı. Ukraynaya silah tədarükünün dayandırılması qəsdən təşkil oluna bilərdi

Əli Babayev