Düzgün ara məsafəsi saxlamayan sürücülər yol-nəqliyyat hadisəsi törədiblər
Düzgün ara məsafəsi saxlamayan minik avtomobilinin və mopedin sürücüləri yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olublar. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, hadisə paytaxtın Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində baş verib. Polis əməkdaşları tərəfindən qəza iştirakçıları yoldan kənarlaşdırılıb və sıxlığın qarşısı alınıb.