Dünya

Putin Azərbaycana “meyvə” müharibəsi elan etdi..?



Moskva siyasi incikliklərinə görə Bakıdan qisas alır..?



SİA-nın əldə etdiyi məlumata görə, “The Moscow Times” yazır ki, Uralda Azərbaycan diasporu nümayəndələrinin saxlanılması və müəmmalı ölümündən sonra Bakı ilə münasibətlərin sürətlə pisləşməsi fonunda Rusiya hakimiyyəti Azərbaycandan meyvə və tərəvəz tədarükçülərinə təzyiqləri artırır.

Cümə axşamı Rospotrebnadzorun Krasnodardakı əməkdaşları 18 ton Azərbaycan şaftalı və nektarinin Rusiyaya idxalının qarşısını alıblar.

“TV-Krasnodar”ın departamentin bəyanatına istinadən verdiyi məlumata görə, meyvə partiyasında “karantin obyektləri” – qərb gülü tripsi aşkar edilib..?

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev bildirib ki, o vaxta qədər rəvan gedən Azərbaycan tədarükü ilə bağlı problemlər iyun ayında qəfildən yaranıb.

Başlanğıcda, şikayətlər pomidorlarla bağlı idi: onların içərisində zərərvericilər tapılmağa başladı – Cənubi Amerika pomidor güvəsi, şərq güvəsi…

Quliyev bildirib ki, pomidor mövsümü başa çatdıqdan sonra Rosselxoznadzor Rusiyaya tədarük olunan meyvələrə qarşı oxşar iddialar irəli sürməyə başlayıb.

Bu, təkcə məhsulun özünün keyfiyyətinə deyil, həm də qablaşdırmaya və paletlərin keyfiyyətsiz etiketlənməsinə aiddir.

Quliyev şikayət edir ki, Rosselxoznadzordan Qida Təhlükəsizliyi Agentliyinə ünvanlanan bildirişlərin qəfil artması Azərbaycandan idxalı məhdudlaşdırmaq üçün süni zəmin yaratmaq cəhdi kimi görünür.

Azərbaycandan gələn süd məhsullarına da məhdudiyyətlər qoyulub: Rosselxoznadzor iki Azərbaycan müəssisəsinə qadağa qoyub, agentliyin məlumatına görə, onlar yoxlamadan keçməkdən imtina ediblər.

…Müharibə başlayandan sonra Rusiyaya paralel idxalın əsas tranzit mərkəzinə çevrilən Azərbaycanla münasibətlər ilin əvvəlində Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Qroznı yaxınlığında Azərbaycan Hava Yollarına məxsus təyyarəni vurması ilə pozulub.

Vladimir Putin təyyarənin qəzaya uğramasına və göyərtəsində olan 38 nəfərin hamısının ölümünə səbəb olan insidentlə bağlı ictimaiyyət qarşısında üzr istəməkdən imtina edib.

Vəziyyət iyunun sonunda Yekaterinburqda keçirilən reyd zamanı Azərbaycan diasporunun üzvlərinin qətl ittihamı ilə həbs edilməsi və onlardan ikisi Ziyəddin və Hüseyn Səfərov qardaşlarının həbs zamanı dünyasını dəyişməsi ilə daha da pisləşib.

Bakı iddia edir ki, onların ölümünə vəhşicəsinə döyülmə səbəb olub, Azərbaycan məlumatlarına görə, bu, yarılmalarla təsdiqlənib. Buna cavab olaraq Azərbaycan hakimiyyəti Rusiyanın “Sputink” təbliğat agentliyinin Bakıda fəaliyyətini dayandırıb və onun iki rəhbərinə casusluqda ittiham verilib. Bundan başqa, Azərbaycanda 8 rusiyalı qaçqın saxlanılıb və onlara qarşı narkotik qaçaqmalçılığı və kibercinayətlər ittihamı irəli sürülüb.

Əli Babayev