Rusiya köhnə avtomobillər üçün nəqliyyat vergisini artırır…
Rusiya Avtomobil Dilerləri Assosiasiyası 15 ildən köhnə avtomobillər üçün nəqliyyat vergisinin artırılması təşəbbüsü ilə çıxış edib.
SİA-nın məlumatına görə, bu barədə Rusiya Avtomobil Dilerləri Assosiasiyası rəhbəri Aleksey Podşekoldin məlumat verib.
Rusiya Avtomobil Dilerləri Assosiasiyası vergini artırmaqla yanaşı, belə nəqliyyat vasitələrinin sahiblərindən ildə iki dəfə texniki baxışdan keçməyi tələb etməyi təklif edir.
Ekspertlərin fikrincə, bu tədbirlər vətəndaşları köhnəlmiş avtomobillərdən istifadəni dayandırmağa sövq etməli və ölkənin avtonəqliyyat parkının tədricən yenilənməsinə töhfə verəcək.
Rusiya Avtomobil Dilerləri Assosiasiyasının məlumatına görə, Rusiyada avtomobillərin 72 faizinin yaşı 10 ildən yuxarıdır (bu, qeydiyyatda olan nəqliyyat vasitələrinin ümumi sayının demək olar ki, 40 milyonunu təşkil edir). Ölkədə minik avtomobilinin orta yaşı 16-dır.
Mütəxəssislərin fikrincə, avtomobil parkını kökündən cavanlaşdırmaq üçün ən azı on il ərzində hər il 3 milyona yaxın yeni avtomobil istehsal etmək lazımdır.
Bu arada, Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, yeni avtomobillər bazarında tənəzzül müşahidə olunur.
2025-ci ilin ilk beş ayında satışlar keçən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalaraq cəmi 506 min avtomobil təşkil edib.
Rusiya Avtomobil Dilerləri Assosiasiyası şirkətinin vitse-prezidenti Vyaçeslav Jiqalin qeyd etdiyi kimi, indiki şəraitdə avtomobil satıcılarının strategiyası əsas sağ qalmaqdan keçir.
Nazlı Almuradova