Dünya

İrana humanitar səfər edən Türkiyə vətəndaşı itkin düşdü


İranda Türkiyə vətəndaşı itkin düşüb. SİA “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə itkin düşən Serkan Erenin təsis etdiyi Ştutqartda yerləşən “Stelp” xeyriyyə təşkilatı məlumat yayıb.

Məlumata görə, o, 2025-ci il iyunun 23-də İrana humanitar səfərdən sonra itkin düşüb və qurum hələ də onunla əlaqə saxlaya bilmir. Qeyd olunur ki, S.Erenin Almaniyadan İrana maliyyə yardımı çatdırmaq üçün humanitar missiya ilə getdiyi, iyunun 28-də ölkəni tərk etməli olduğu, lakin o, bunu etmədiyi və o vaxtdan onunla əlaqə kəsildiyi vurğulanır. Təşkilat axtarışda Türkiyə rəsmilərinin iştirak etdiyini açıqlayıb. Serkan Eren İrana səfərindən əvvəl Almaniyanın SWR xəbər agentliyinə verdiyi müsahibədə casusluq və ya təxribat ittihamlarından qaçmaq üçün özü ilə peyk telefonu, zirehli jilet və ya dəbilqə kimi təhlükəsizlik və ya rabitə avadanlığı götürməyəcəyini bildirib.