Dünya

Polşada dispetçer bir-birinə qatar göndərdi…


Polşada dispetçer səhvən eyni yolda bir-birinə doğru iki qatarı göndərib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə RMF24 nəşri məlumat yayıb.

Hadisə Krakov yaxınlığında, Raciborovice stansiyasının ərazisində baş verib.

Toqquşmanın qarşısı alınıb – qatarlar bir-birindən cəmi bir kilometr aralıda dayandı.

Hadisəyə səbəb dispetçer xətası olub. Hadisə nəticəsində Krakov və Varşava arasındakı hissədə qatarların hərəkəti dayandırılıb.

Bu hadisə ilə bağlı yaradılmış dəmir yolu komissiyası fövqəladə vəziyyətin bütün hallarını araşdırır.

İyunun 17-də Şimali Osetiyanın Beslan şəhərində dəmiryol keçidində lokomotiv və tankeri daşıyan “KamAZ” toqquşub. Toqquşma nəticəsində avtomobilin sürücüsü xəsarət alıb və müalicə üçün Vladiqafqaz Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri yol-nəqliyyat hadisəsinin nəticələrinin aradan qaldırılmasında iştirak etmişlər; 7 mütəxəssis və 2 texnika cəlb olunub.

Hadisə ilə əlaqədar qatarlarda gecikmə olmadığı qeyd edilir.

Nazlı Almuradova