“Putin daha bir “müttəfiqi” atdı…”
…Putin İranla ABŞ arasında sazişin bağlanmasında “vasitəçi” kimi öz xidmətlərini göstərmək fikrindən əl çəkməyib.
Xüsusilə, Putin Tehranı Vaşinqtonun uranın zənginləşdirilməsini dayandırmaq tələbi ilə razılaşmağa inandırır.
SİA-nın məlumatına görə, RBC-Ukrayna bu barədə Axios-a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Putin İran rəsmilərinə və ABŞ prezidenti Donald Trampa Vaşinqton və Tehran arasında yeni “nüvə sazişi” ideyasını dəstəklədiyini bildirib.
Bununla belə, saziş İrandan uranın zənginləşdirilməsindən imtina etməsini tələb edir – İranın ayətullah rejimi bununla razılaşmaq niyyətində deyil.
Nəşr bu məqamın vacibliyini vurğulayır.
Fakt budur ki, Putin və Rusiya uzun illərdir ki, nüvə məsələsində İranı dəstəkləyirlər.
Eyni zamanda, Kreml Tehranın demək olar ki, əsas “nüvə müdafiəçisi” sayılırdı.
Amma indi Putin öz mövqeyini kəskin şəkildə dəyişib – İran və İsrail arasında 12 günlük silahlı qarşıdurmadan sonra…
Məsələ ilə bağlı məlumatlı mənbələr nəşrə bildiriblər ki, qeyri-rəsmi danışıqlarda Moskva İranı “sıfır zənginləşdirmə” tələbi ilə razılaşmağa çağırır.
İsrail hökumətindəki iki mənbə də Kremlin İsrailin baş naziri Benyamin Netanyahu hökumətini mövqeyi ilə bağlı xəbərdar etdiyini bildirib.
Putin Trampla, eləcə də Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı “sıfır zənginləşdirmə” konsepsiyasını açıq şəkildə dəstəkləyib.
…Putin sıfır zənginləşdirməni dəstəklədi. O, amerikalılarla danışıqları daha əlverişli etmək üçün iranlıları bunun üzərində işləməyə çağırıb.
Avropalı rəsmilərdən biri iranlıların bununla razılaşmayacağını bildirib. Eyni zamanda, İran, nəşrə görə, Rusiyaya qəzəblidir.
Moskva hərtərəfli strateji tərəfdaşlıq haqqında imzalanmış sazişə baxmayaraq, İsraillə münaqişə zamanı İrana heç bir yardım göstərməyib – əgər mətbuatda dərc olunanları və Rusiya rəsmilərinin bəyanatlarını nəzərə almasanız.
Əli Babayev