Rusiya bazarında MAZ-ın problemləri artmaqdadır…
Rusiyanın ASM-holdinq agentliyi iyunda, eləcə də 2025-ci ilin birinci yarısı üçün Rusiya bazarında yük maşınları və avtobusların satışının nəticələrini dərc edib.
Və yenə Minsk Avtomobil Zavodu üçün məyusedici xəbər var.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Salidarnasts” yazır.
Belə ki, iyun ayında Rusiya bazarında 15 MAZ avtobusu satılıb ki, bu da 2024-cü ilin iyun ayı ilə müqayisədə 1 ədəd çoxdur.
Amma bu, çox az təsəllivericidir, çünki ilin birinci yarısında azalma 2,2 dəfə olub – keçən ilin eyni dövründəki 294 avtobusa qarşı 132 avtobus…
Yük maşınlarının vəziyyəti bundan yaxşı deyil.
İyun ayında Rusiyada 199 ədəd (2024-cü ilin iyununda 515), 2025-ci ilin yanvar-iyun aylarında isə 1601 yük maşını (2844) satılıb.
Ötən ilin iyun ayı ilə müqayisədə satışların azalması -61,4 faiz, ötən ilin ilk ayları ilə müqayisədə isə belə görünür: -43,7 faiz.
Pozirk Rusiyanın ixtisaslaşmış saytlarına istinadən qeyd etdiyi kimi, BelGee avtomobil zavodu, əksinə, satışları artırdı. Ancaq burada bir nüans var: Belarus istehsalçısı Rusiyada aktiv şəkildə dempinq edir, 5000 dollara qədər və daha çox endirimlər təklif edir…
Əli Babayev