Çimərlikdən kənarda çimərlik paltarı geyinənlər həbs olunacaq..?
Çimərlik paltarında olan vətəndaşlar su hövzələrindən uzaq ictimai yerlərdə olarsa, cərimələnə və hətta həbs oluna bilərlər.
SİA-nın məlumatına görə, bu barədə vəkil İlya Rusyayev bildirib.
Hər hansı ictimai yerə (şəhər parkı, nəqliyyat, küçələr) çimərlik paltarı geyinmək qanuna ziddir.
Belə yerlərdə, xüsusən də uşaqların olduğu yerlərdə çimərlik geyimində və üzgüçülük paltarında nümayişkaranə şəkildə görünmək inzibati cəza ilə nəticələnə bilər.
Əgər çimərlik geyimində olan şəxs təxribatçı davranırsa, nalayiq söyüşlər söyləyirsə və başqalarını incidirsə, onun hərəkəti xırda xuliqanlıq kimi qiymətləndirilir.
…Hərəkətlər xırda xuliqanlıq kimi təsnif edilə bilər.
Bunu deyən Rusyayevin sözlərinə görə, məcəllədə “çimərlik” qaydalarını pozanlara 500-dən 1000 rubla qədər cərimə nəzərdə tutulur, xırda xuliqanlığa görə isə onlar istənilən şəxsi həbs edə bilərlər.
Nazlı Almuradova