Dünya

Çinin Müdafiə Nazirliyi Yaponiyanın kəşfiyyat fəaliyyətinin aktivliyini elan edib


Çinin müdafiə naziri Szyan Bin bildirib ki, ölkənin sərhədlərinə yaxın, Şərqi Çin dənizi üzərində Yaponiya Aviasiya və Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat fəaliyyətini qeydə alıb. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir.

“Ölkəmizin sərhədləri yaxınlığında Yaponiya gəmiləri və təyyarələri tərəfindən aparılan kəşfiyyat, iki ölkə arasındakı dənizdə və hava məkanında təhlükəsizlik üçün risk mənbəyidir”, – nazir “WeChat” sosial şəbəkə hesabında yazıb.

Nazirin sözlərinə görə, Çin aviasiyası Yaponiyanın kəşfiyyat fəaliyyətinə cavab olaraq “identifikasiya, izləmə və müşahidə təmin edib”. O əlavə edib ki, Pekin Tokio tərəfindən ikitərəfli münasibətlərin sabit inkişafı üçün mühit yaratmağa ümid edir.