HAMAS Qəzzaya Humanitar Yardım Fondunun ləğvini tələb edib
Fələstinli radikal HAMAS hərəkatı, İsrail və ABŞ tərəfindən idarə olunan Qəzzaya Humanitar Yardım Fondunun ləğvini tələb edib və onu dinc sakinlərin ölümündə günahlandırıb. SİA xəbər verir ki, bu barədə HAMAS-ın Telegram kanalında yerləşdirilən bəyanatda qeyd olunur.
Bəyanatda bildirilir ki, yardım paylama məntəqələrinin yaxınlığında sistemli qətllər həyata keçirilir. Məlumata görə, bu səbəbdən də onlar Yardım Fondunun ləğvini tələb edir.
Qətərin “Al Jazeera” telekanalının daha əvvəl verdiyi məlumata görə, şənbə günü Qəzza zolağının cənubundakı Rəfah şəhərinin Əl-Şakuş məhəlləsində Yardım fondunun obyektlərindən birinin qarşısında 34 fələstinlini güllələnib.