İspaniyada miqrantlar səbəbindən kütləvi iğtişaşlar yaşanır…
İspaniyada iğtişaşlar Torre Paçekodakı qəbiristanlıqda 68 yaşlı Dominqo adlı kişiyə edilən hücumdan sonra başlayıb.
SİA-nın məlumatına görə, bu barədə El Pais qəzeti xəbər verir.
Nəşrdə qeyd edildiyi kimi, iğtişaşlar iyulun 11-də mitinq zamanı başlayıb – buna səbəb səhər saatlarında evinin yaxınlığında sadəcə gəzən pensiyaçıya hücum olub.
Kişinin dediyinə görə, ona bir neçə nəfər, ehtimal ki, mərakeşlilər hücum edib – onlar, qurbanın dediyinə görə, başqa dildə danışırdılar.
La Sexta onun sözlərini sitat gətirir: “Əgər onlar “saatı mənə ver” və ya buna bənzər bir şey desəydilər, başa düşərdim. Toqquşmalar ikinci gündür ki, davam edir, kütləvi qırğınlar İspaniyanın müxtəlif bölgələrinə yayılıb.
Aprelin sonunda Roma Papası Fransisk demişdi ki, Avropa İttifaqı miqrasiya probleminə kompleks yanaşmalıdır.
Əli Babayev