Putin SSRİ-nin niyə dağıldığını açıqlayıb…
Sovet İttifaqı dağıldı, ona görə ki, onun liderləri “sivil dünyanın” bir hissəsi olmaq istəyirdilər. Lakin 1991-ci ildən sonra Qərb Rusiyanın milli maraqlarına məhəl qoymamağa başladı. Məlum oldu ki, söhbət ideologiyadan yox, geosiyasətdən gedir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin VGTRK telekanalına müsahibəsində bildirib.
Putin qeyd edib ki, Sovet dövründə Qərb onunla qarşıdurmanı qəbuledilməz kommunist ideologiyası ilə əsaslandırıb. Lakin İttifaq fəaliyyətini dayandırandan sonra məlum oldu ki, məsələ ideologiya deyil, geosiyasi maraqlar və ağalıq etmək istəyidir.
…Sovet İttifaqı avto-da-fe etdi, özünü ləğv etdi; “o cümlədən (zənn edirəm ki, mən bunu sələflərimlə heç vaxt müzakirə etməmişəm), onlar Rusiyanın qondarma sivil dünyanın bir hissəsi olacağından irəli gəlirdilər”.
Lakin Qərbdə belə qərara gəldilər ki, əgər SSRİ yox olubsa, onda “Sovet İttifaqının malik olduğu potensial gücə malik olmayan” Rusiya ilə bağlı qaydalara riayət etməyə ehtiyac yoxdur.
Putinin sözlərinə görə, Qərb siyasətçiləri “istədikləri kimi hər şeyi kəsməyə başlayıblar”; Rusiya Federasiyasının maraqlarına məhəl qoymadan “özləri üçün düzəltdikləri qaydalarla yaşamağa” başladılar.
Eyni zamanda, Rusiya strateji silahlar və raketdən müdafiə sahəsində bir çox dinc təşəbbüslər irəli sürdü, lakin onların hamısı rədd edildi. “Aydın oldu ki, biz özümüzü gələcəyimizi müdafiə etməyə qadir olan müstəqil və suveren dövlət kimi bəyan etmədikcə, nəzərə alınmayacağıq”, – Putin yekunlaşdırıb.
Nazlı Almuradova