Dünya

Dubay şeyxinin qızı Parisdə repper French Montana ilə görüşüb…


…Dubay hökmdarı Şeyx Məhəmmədin qızı – Şeyx Mahra və reper French Montana Paris Moda Həftəsində birlikdə fotosessiyaya çəkiliblər.

SİA-xəbər verir ki, bu barədə Bolluwood məlumat yayıb. Dubay şahzadəsi Şeyx Mahra bint Məhəmməd bin Rəşid Əl Maktum Mərakeş əsilli amerikalı reper French Montana (Kərim Xarbuş-A.B.) ilə görüntüləndikdən sonra diqqət mərkəzində olublar.

Onlar Parisdə və şou sonrası partilərdə əl-ələ görüntüləniblər. Lakin nə Şeyxa Mahra, nə də French Montana münasibətləri barədə xəbəri təsdiqləməyiblər.

Şeyxa Mahra Parisdə körpünün kilidini bağlayan cütlüyün fotosunu da sosial şəbəkədə yayımlayıb.

Bundan əvvəl Dubay şahzadəsi boşandığını sosial şəbəkədə açıqlamışdı.

Cütlük nəinki sosial şəbəkələrdə bir-birini izləməyi dayandırmağı, həm də bütün birgə fotoları silməyi bacarıb. Lakin onlar rəsmi açıqlama verməyiblər.

Xatırladaq ki, Şeyxa Mahranın atası Şeyx Məhəmmədin keçmiş həyat yoldaşlarından biri şahzadə Haya qalmaqalda ondan boşanaraq xaricə qaçıb.

İki qızının taleyi ilə bağlı heç nə məlum deyil.

Nazlı Almuradova