Rusiya şokoladının əsas alıcıları Qazaxıstan və Azərbaycandır…
2025-ci ilin ilk dörd ayında Rusiya şokolad ixracatında əhəmiyyətli artım göstərib. Bunu BMT-nin Comtrade platformasındakı ticarət statistikası məlumatları təsdiq edir.
SİA-nın məlumatına görə, bu dövrdə Rusiya şokoladının əsas alıcıları Qazaxıstan, Azərbaycan, Özbəkistan və Çin olub.
Qazaxıstan 2024-cü ilin yanvar-aprel aylarında 78,3 milyon dollar dəyərində məhsul alıb, Rusiya şokoladının aparıcı idxalçısıdır.
Azərbaycan 23,4 milyon dollara, Özbəkistan 21,4 milyon dollara, Qırğızıstan 14,7 milyon dollara, Gürcüstan isə 8 milyon dollara şokolad alıb.
Belarus da yəqin ki, ilk 5 idxalçı sırasında olacaq, lakin 2022-ci ildən ölkə ətraflı ticarət statistikasını dərc etməyi dayandırıb.
Bu, onun xarici ticarət əməliyyatlarını dəqiq təhlil etməyi çətinləşdirir. Çin 7,4 milyon dollar dəyərində məhsul alaraq Rusiya şokoladının idxalçıları arasında altıncı yeri tutur. Sonrakı yerləri 5,7 milyon dollarla Ermənistan, 3 milyonla Serbiya və 2,4 milyon dollarla Moldova tutur.
Almaniya 2,1 milyon dollar dəyərində şokolad alaraq ilk onluğu tamamlayır.
Rusiya şokoladına tələbatın ən çox artması Bolqarıstanda (4,1 dəfə), Səudiyyə Ərəbistanında (1,8 dəfə), Qazaxıstanda, Serbiyada və Azərbaycanda (1,3 dəfə) qeydə alınıb.
Bu məlumatlar rus şokoladının beynəlxalq bazarlarda yüksək rəqabət qabiliyyətini və müxtəlif ölkələrdə istehlakçılar arasında ona artan marağı nümayiş etdirir.
Nazlı Almuradova