Dünya

Pakistanda ölənlərin sayı 111-ə çatıb


İyunun son həftəsindən Pakistanda davam edən musson yağışlarının səbəb olduğu daşqınlarda ölənlərin sayı 111 nəfərə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın Milli Fəlakət İdarəsi verdiyi açıqlamada musson yağışlarının Hayber Paxtunxva, Şərqi Pəncab, Sind və Bəlucistan əyalətlərinə təsirini davam etdirdiyini bildirib.

Açıqlamada son 48 saatda yağan yağışların səbəb olduğu daşqınlarda 7 nəfərin öldüyü, 12 nəfərin yaralandığı, 26 iyun-14 iyul tarixləri arasında ölənlərin sayının 111, yaralıların sayının isə 212-yə çatdığı qeyd edilib. Açıqlamada yağıntıların intensivliyinin ölkə daxilində daha da güclənə biləcəyi vurğulanıb və yerli hakimiyyət orqanlarına ayıq-sayıq olmaları barədə xəbərdarlıq edilib. Hər il iyul-sentyabr ayları arasında Pakistanın bir çox şəhərlərinə təsir edən musson yağışları yüzlərlə insanın ölümünə və maddi itkilərə səbəb olur.