Sabah çimərliklərdə suyun temperaturu 29 dərəcə isti olacaq
Azərbaycanda iyulun 16-da çimərliklərdə zəif cənub-şərq küləyi əsəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-29 dərəcə isti olacaq.