İqtisadiyyat

Azərbaycanda I yarımildə dövlət qurumlarının adına bənzəyən 19 domen bloklanıb


Bu ilin I yarısında Azərbaycanda dövlət qurumlarının adına bənzər 19 saxta domen bloklanıb. SİA-nın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 % azdır.

2025-ci ilin ilk 6 ayında ölkədə 26 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu isə 1il əvvələ nisbətən 37 % azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 130 yeni subdomen verilib ki, bu da illik müqayisədə 17 % azdır.

Xatırladaq ki, 2024-cü ildə dövlət qurumları 64yeni domen və 367 yeni subdomen alıb. Hesabat dövründə 100 saxta domen aşkarlanaraq bloklanıb.