Kəmaləddin Heydərov Gədəbəydə vətəndaşları qəbul edəcək
Kəmaləddin Heydərov Gədəbəydə vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 18 iyul 2025-ci il tarixdə Gədəbəy şəhərində, Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Gədəbəy və Şəmkir rayonları sakinlərinin qəbulu keçiriləcək.
Qəbula gələn vətəndaşların qeydiyyatı 17 iyul 2025-ci il tarixdə Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.