Dünya

Qəzzada ölənlərin sayı 58 573 nəfərə çatıb


İsrailin 7 oktyabr 2023-cü ildən soyqırımını həyata keçirdiyi Qəzzada həyatını itirənlərin sayı 58 min 573, yaralıların sayı isə 139 min 607-yə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusunun Qəzza zolağına intensiv hücumları nəticəsində ölən və yaralananların sayı artmaqda davam edir.

Fələstin Səhiyyə Nazirliyi 7 oktyabr 2023-cü il tarixindən bu yana davam edən hücumların sayı ilə bağlı son rəqəmləri açıqlayıb. Bəyanatda Qəzza zolağında son 24 saatda xəstəxanalara 94 ölü və 252 yaralının gətirildiyi, onlardan yeddisinin İsrailin əvvəlki hücumlarında dağıntılar altında qalan mülki şəxslər olduğu bildirilib. İsrailin martın 18-də Qəzza zolağında atəşkəsi birtərəfli qaydada pozmasından bu yana 7750 fələstinli ölüb, 27566 nəfər yaralanıb.

Bəzi cəsədlərin hələ də dağıntılar altında qaldığını vurğulayan nazirlik, İsrailin 7 oktyabr 2023-cü ildə başlatdığı hücumlarda həyatını itirənlərin sayının 58 min 573 nəfərə, yaralı sayının isə 139 min 607 nəfərə yüksəldiyini bildirib.